Navasa "Arsenal" və "Liverpool" maraq göstərir

7 Fevral 2015 22:01 (UTC+04:00)
"Real Madrid"in qapıçısı Keylor Navas karyerasını İngiltərədə davam etdirə bilər.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Kosta-Rika millisinin qolkiperi "Arsenal" və "Liverpool"un diqqət mərkəzinə düşüb. Hər iki komanda qapıçıları Voyçex Şesni və Simon Minyolenin oyunundan narazıdır. Ehtimal edilir ki, "Real" yayda David De Xeanı heyətə cəlb etsə, Keylor Navası adı çəkilən klublardan birinə sata bilər. Bundan başqa Petr Çex də "kral klubu"nun hədəfindədir. "Milan"da icarədə oynayan Diyeqo Lopez də müqavilə ilə "Real"a məxsusdur.