Ceyms Bond Türkiyədə ölür
2 Avqust 2012 17:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Filmdə Ceyms
Bondu canlandıran Daniel Kreikin Türkiyənin Adana şəhərində çəkilən
səhnəsində atəş edilərək körpüdən enməsi isə "Əfsanə Türkiyədə
ölür" mübahisəsini gündəmə gətirib. Adanadakı "Kasım Gülek" Körpüsü
üzərində çəkilən döyüş səhnəsində Bond düşməni ilə hərəkət edən bir
qatar üzərində mübarizə edir. Bu sırada ingilis kəşfiyyat
qrupu "MI6"nın başındakı M xarakteri bir nişançıya vur əmrini
verir və Bond vurulur.
Ceyms Bond körpüdən aşağı düşərək suyun dərinliklərinə enir.
Filmin davamında M, Ceyms Bond üçün bir ölüm elanı hazırlayır.
Silva rolundakı sarı saçlı Javier Bardem pis adam xarakteri ilə
tamaşaçıları qarşılayır. "Skyfall" filmi tam olaraq noyabr ayında
nümayiş ediləcək.