Məşhur müğənninin 1 yaşlı qızında şiş aşkalandı

7 Fevral 2015 23:09 (UTC+04:00)
Tanınmış türk müğənnisiDemet Akalınuzun müddətdir mediadan gizlətdiyi qızından danışıb.Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, bir necə gün öncə müğənni qızıHiranın bir yaşını qeyd edib.

O, qızının ad günündən bol-bol foto paylaşsa da, Hiranın şəkli onların arasında olmayıb. Ancaq fotolardan birində səbəbkarın qolu görünüb.

Akalın 1 yaşlı qızının fotosunu nə üçün paylaşmadığını açıqlayıb. O, İnstagram səhifəsində onu tənqid edən izləyicilərindən birinə cavab verib.

Müğənni Hiranın bədənində xoşxassəli şiş aşkarlandığını, bunun üçün onun fotolarını paylaşmadığını yazıb. O, qızında aşkarlanan şişlə bağlı ağır günlər keçirdiyini deyib.

"Bu qədər gündəmdə olan insanam. Sirli olmaq üçün heç bir əsasım yoxdur. Qızımın şəkillərini bir neçə ay paylaşdıq. Lakin onda xoşxassəsli şiş aşkarlandı. Biz də bunu nəzərlə əlaqələndirdik. Nələr çəkdiyimi bir mən bilirəm".