Fevralın 8-nə olan hava proqnozu

8 Fevral 2015 10:15 (UTC+04:00)
Fevralın 8-dəBakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.

Movqe.az xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi əsəcək, arabir 16-20 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və axşam 80-85, gündüz 60-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasındahavanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarındagecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşama doğru bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındagecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarındagecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşama doğru bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək.

Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti,

dağlarda gecə 2-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarındagecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 1-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarındagecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir 15-20 m/s-dək güclənəcək. Temperaturun gecə 3-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-5° isti olacağı gözlənilir.