Zaqatalada ağır qəza: 3 ölü, 2 yaralı

8 Fevral 2015 11:02 (UTC+04:00)
Ötən gecə Zaqatalada ağır yol qəzası baş verib. 3 nəfərin ölümü, 2 nəfərin isə ağır yaralanması ilə nəticələnən qəza saat 23:30 radələrində olub.

Movqe.Az "Kanal S"-ə (Region TV) istinadən bildirir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü, Zaqatala rayonu Yuxarı Tala kənd sakiniİlkin Ömərovidarə etdiyi "Mercedes" markalı, 10 TT 576 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun sağ kənarındakı ağaca çırpılıb. Daha sonra avtomobil yolun kənarına aşıb. Ağır qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 3 nəfər, rayonun Yuxarı Tala kənd sakinləri – 1993-cü il təvəllüdlüŞamil Poladov, 1994-cü il təvəllüdlüCamal Bağmanovvə Camal Bağmanovun qardaşı, 1995-ci il təvəllüdlüEmin Bağmanovaldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər. Sürücü İlkin Ömərov və avtomobildə olan daha bir sərnişin 1993-cü il təvəllüdlü, Zaqatala şəhər sakiniFərid Səfərovaldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Yaralılardan İlkin Ömərovun vəziyyəti ağır, Fərid Səfərovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.