Vəhhabilər bu sarışın qızlardan istifadə edir

8 Fevral 2015 12:14 (UTC+04:00)

Təxminən 100-ə yaxın alman qızı Suriya və İraqa gedib.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, Almaniya xüsusi xidmət orqanlarının hesabaatında bildirilir ki, həmin alman qızları İŞİD sıralarında döyüşmək üçün Suriya və İraqa gediblər.

İŞİD-ə qoşulan alman qızların 16-27 yaşları var.

Spiegel-Online-nın yazdığına görə, İŞİD sarışın alman qızlarından əsasən internetdə istifadə edir. Belə ki, bu qızlar sosial şəbəkələrdə oğlanlarla yazışaraq onları İraqa, Suriyaya dəvət edirlər. Bu qızlara isə oğlanlar daha tez aldanaraq İŞİD sıralarına qatılırlar.

Qeyd edək ki, İŞİD sırlarında İspaniya, Hollandiya, İtaliyadan da qızlar iştirak edirlər.