Susuz qalan fil rekord qırdı - VİDEO

2 Avqust 2012 16:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, Bütün dünyada yaşanan qovurucu istilər yalnız insanlara deyil heyvanlara da təsir edir. Afrikada susuzluqdan qovrulan bir fil insanların üzdüyü vaxt hovuzdan su içməyə başlayıb. Görüntülər "YouTube"da izlənilmə rekordu qırıb. Bütün dünya istilərlə mübarizə apararkən heyvanlar da həyatda qalmaq üçün su qaynaqlarına sanki "hücum" edir. Afrikada susuz qalan bir filin üzmə hovuzunun yanına gələrək buradan xortumuyla su içməsi heyvanların da istidən mənfi təsir aldıqlarını sübut edib.

İngilis "Daily Mail" qəzetinin xəbərinə görə, insanların üzdüyü vaxt hovuza gələn fil onların təəccüblü baxışlarının qarşısında suyunu içib sonra yoluna davam edib.