Movqe.Az APA-ya istinadən bildirir ki, Şirvan polis şöbəsindən
verilən məlumata görə, hadisə axşam saat 21.00 radələrində Şirvan
şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Şirvan sakini
1965-ci il təvəllüdlü Səmədov Yadigar Vəlixan oğlunun idarə etdiyi
VAZ 2107 markalı 10 MC 661 dövlət nömrə nişanlı avtomobil Şirvan
sakini 1981-ci il təvəllüdlü Cəfərov Faiq İslam oğlunun idarə
etdiyi "Azsamand Runna" markalı 10 PT 736 dövlət nömrə nişanlı
avtomobillə toqquşub. Zərbə nəticəsində VAZ 2107 markalı avtomobil
hündürlükdən dərin dərəyə yuvarlanıb.
Nəticədə VAZ 2107 markalı avtomobildə olan sərnişin Şirvan sakini
1981-ci il təvəllüdlü Əsgərov Allahverdi Rafayıl oğlu hadisə
yerində ölüb, sürücü və sərnişinlər Şirvan sakinləri 1993-cü il
təvəllüdlü Zərbəliyev Faiq Mirzəli oğlu, 1970-ci il təvəllüdlü
Abbasov Zabil Xanbala oğlu və "Azsamand Runna"-da olan sərnişin
Şirvan sakini 1980-ci il təvəllüdlü Kazımov İsgəndər İbrahim oğlu
müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının
travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan polis şöbəsindəı araşdırma aparılır.