Binəqədi rayonunda əhalinin tibbi müayinəsinə başlanıldı

8 Fevral 2015 16:05 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2015-ci ilin fevral ayının 2-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb. Movqe.az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırığının icrası ilə bağlı operativ tədbirlər görülüb. Bu məqsədlə tədbirlər planı hazırlanıb, komissiya və işçi qrupu yaradılıb.Əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilir. (Ə.D.Məlikov adına 6 saylı Birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsi, Xocəsən Sağlamlıq Mərkəzi, 9, 10, 15, 25, 27 və 35 saylı şəhər poliklinikası). 7 fevral tarixinə olan məlumata əsasən Binəqədi rayonunun 257800 nəfər əhalisindən 10633 nəfəri tibbi müayinədən keçib.