"Juventus" növbəti qələbəsini "Milan" üzərində qazandı

8 Fevral 2015 19:03 (UTC+04:00)

İtaliya A Seriyasında 22-ci tura start verilib. Turun mərkəzi oyunu "Juventus Stadium"da keçirilib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki , Turinin eyniadlı komandası "Milan"ı qəbul edib. Prinsipial oyunda sevinən tərəf "qoca senyora" olub. "Juventus"un 3 qoluna rəqib yalnız bir dəfə cavab verib. "Genoa"dan "Milan"a qayıdan Luka Antonelli adını tabloya yazdırıb.

Juventus 3-1 Milan

Qollar:Tevez (14`), Bonuççi (31`), Morata (65) ; Antonelli (28`)