"Marseille" liderliyə yüksəlmə imkanını qaçırdı

8 Fevral 2015 19:09 (UTC+04:00)

Fransa çempionatında 24-cü turun oyunları keçirilir.Movqe.az goal.az-a istinadən xəbər verir ki ,  Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan Marseille" bu tur "Rennes" səfərinə yollanıb. Marselo Bielsanın komandası hesabda geri düşsə də, Okamposun 60-cı dəqiqədə vurduğu qolla bərabərliyi təmin edib. 84-cü dəqiqədə Mario Leminanın meydandan qovulması "Marseille"i 10 nəfərlə oynamağa məcbur etməsinə baxmayaraq, komanda hesabı sonadək qoruyub 1-1. Beləliklə, "Marseille" bu xal itkisi ilə müvəqqəti olsa da, liderliyə yüksəlmə şansını əldən verib.

Fransa 1-ci Liqası, 24-cü tur

Rennes 1-1 Marseille

Qollar:Ola Toyvonen (27`); Okampos (60`)