ABŞ-da qanlı olay: biri uşaq olmaqla 6 nəfər öldü
8 Fevral 2015 20:05 (UTC+04:00)
ABŞ-ın Corciya ştatında baş vermiş atışma nəticəsində
uşaq daxil olmaqla 6 nəfər ölüb.
Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident
Duqlasvill şəhərində qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb.
Yaralılardan biri atəş açan şəxsdir, o intihar məqsədi ilə özünə
atəş açıb. Onun xəstəxanaya çatdırıldıqdan az sonra keçindiyi
bildirilir. ŞerifQlen Denielaçıqlamasında bildirib
ki, atışma barədə xəbər polisə yerli vaxtla 23.00-da daxil olub. O,
ölənlərin arasında azı bir uşağın olduğunu təsdiqləyib. Bəzi
KİV-lər ölənlər arasında 2 uşağın olduğunu bildirib.
Polis ölən şəxslərin adını hələlik açıqlamır. Hadisənin səbəbləri
məlum deyil.