2 erməni Rusiyada uşaq oğurladı
8 Fevral 2015 21:06 (UTC+04:00)
Rusiyanın paytaxtında iki məktəbli qaçırılıb.
Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, Moskva polisi
artıq məktəblilərin oğurlanmasında şübhəli bilinən şəxsləri
saxlayıb.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, onlar iki nəfər
olublar.
Polisi məlumatlandıran mənbə hadisənin şənbə günü yerli vaxtla
axşam saat 21:00-da baş verdiyini deyib. Paytaxtın Kapotye
rayonunda naməlum şəxslər 1997-ci il təvəllüdlü məktəblini
döyüblər, sonra isə avtomobilə qoyaraq naməlum istiqamətə
aparıblar.
Cinayətkarlar daha sonra telefonla onun dostuna zəng vuraraq
yeniyetmənin azad edilməsi üçün 100 min rubl tələb ediblər.
Adam oğruları oğlanı pul yığmaq üçün buraxıblar. Oğruların əlindən
qurtulan yeniyetmə kömək üçün polisə müraciət edib. Məktəblinin
şikayətindən sonra polis şənbə günündən bazar gününə keçən gecə iki
Ermənistan vətəndaşını saxlayıb.
Polis bölməsinə aparılan ermənilər hazırda dindirilirlər.