Tələbə dəhşəti davam edir? 12 nəfər itdi
8 Fevral 2015 23:07 (UTC+04:00)
Meksikanın Kokula şəhərində 12 nəfər oğurlanıb.
Movqe.az Milli.Az-a istinadən bildirir ki, hadisə Kokuladan
yarım saatlıq yolda baş verib. İtənlərin hamısı hadisə baş verərkən
avtomobillə hərəkətdəymiş.
Hökumət nümayəndələri hələlik vəziyyət barədə açıqlama
verməyiblər.
Kanadanın Media Luna şaxtasının nümayəndəsiXuan
Sunyiqanın sözlərinə görə, oğurlananların hamısı həmin
şaxtanın işçiləridir. Yalnız bu informasiyanı şaxtanın aid olduğu
Torex Gold Resources şirkəti təsdiq etmir.
El Universal-a müsahibəsində kanada firmasının
vitse-prezidentiQabriela Sançesdeyib ki,
oğurlananlardan yalnız biri şaxtanın işçisidir.
Kokula ötən ilin sentyabrında da oxşar dəhşət yaşayıb. Gerrero
ştatında yerləşən şəhərdə 43 tələbənin qalıqları yandırılmışdı.
Meksikanın baş prokuroruXesus Murilyo Karamın
dediyinə görə, tələbələr öldürülüb yandırıldıqdan sonra
cəsədlərinin qalıqları Kokula yaxınlığındakı San-Xuan çayına
atılıb.
Tələbələr İquala şəhərindən yoxa çıxmışdılar. Sonra məlum oldu ki,
onları polislər oğurlayaraq quldurlara veriblər. Bu hadisəyə görə
İquala meri, bir çox polis rəisləri tutulmuşdu.