Movqe.az bu günə olan ulduz falını təqdim edir.
![]() Emosiyalarınıza nəzarət edin. Sevdiyiniz insanla münasibətləri günün ikinci yarısında normallaşdırın. Birgə səfər, təhlil və fəaliyyət üçün yaxşı zamandır. Axşam saatlarına yaxın istənilən formada risklərdən uzaq durun. |
![]() Günün ikinci yarısında gərəkli adamlarla danışıqlarda ümumi məsələlərin təhlilindən kənara çıxmayın. İşdə rəhbərliklə müzakirələrdə mövqelərinizdən geri çəkilməyin. Şəxsi münasibətlərinizdə problemlər yaranmayacaq. Sevdiyiniz insanın qəlbini qırmayın. Fəqət sirrinizi ən yaxın bildiyiniz adama da etibar etməyin. Bu gün onların reaksiyası adekvat olmayacaq. |
![]() Emosional durumunuzu yaxşılaşdırmağın yollarını arayın. İşlərdə həddən artıq tələskənliyə yol verməyin. Günün ikinci yarısında yeni münasibətlər formalaşa bilər. Potensial sifarişçilərin təkliflərini diqqətlə dinləyin. Sevdiyiniz insanı anlayın, ondan hali olun. |
![]() Dəyər verdiyiniz insanların dediklərinə qulaq asın. Günün ikinci yarısında ailə üzvlərindən birinin problemi yenidən aktuallaşacaq. Çətinliklərin bir parasını əvvəlcədən təxminləmək mümkündür. Vəziyyətin ağırlaşmasına hazır olun. Yaxınlarınızla mübahisə, çək-çevir etməyin. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Axşam saatlarında normal istirahət edin. |
![]() Günün ikinci yarısında problemlərinizi həll etmək üçün başqalarından sui-istifadə etmək fikrinə düşməyin. Bütün diqqətinizi bir işə yönəltməyin. Önəm vermədiyiniz məsələlərdən biri, əslində, çox mühümdür. Yaxınlarınıza verdiyiniz vədləri əsla unutmayın. |
![]() Planlaşdırdığınız işləri ertələməyin. Alış-verişdə bədxərclik etməyin. Günün ikinci yarısında yaşam arealının rekonstruksiyası ilə məşğul olmaq mümkündür. Fəaliyyət sahəsində yeniliklər qaçılmazdır. Vədlərinizi unutmayın. Öhdəlikləri yerinə yetirin. Sözdən işə keçin. Axşam saatlarında istirahətə yollanın. |
![]() Belədə nəticələrdən razı qalmaqla yanaşı, yaxın ətrafınızdakı insanların sayğısını da qazanarsınız. Günün ikinci yarısı müxtəlif səfərlər üçün əlverişlidir. Yola çıxsanız, maraqlı insanla qarşılaşa bilərsiniz. Tanışlar və dostlarla təmaslarda alicənab olun. Axşam saatlarında gəzinti pis olmaz. |
![]() Günün ikinci yarısında yaxın qohumlarınızdan biri sizdən yardım istəyəcək. Onun sözlərini qulaqardına vurmayın. Maliyyə və mənəvi yardım istəyənə kömək edin. Axşam saatlarını özünüzə həsr edin. |
![]() Günün ikinci yarısında təmasları intensivləşdirməyə cəhd göstərməyin. Sevdiyiniz insanın qayğısına qalın, onu narahat edən məsələləri araşdırın. Səhhətinizə fikir verin. Özünüzü qoruyun. |
![]() Günün ikinci yarısında dəyər verdiyiniz insanlarla münasibətlərinizi gərə biləcək olay yaşana bilər. Diqqətli olun. Tərəfdaşlarla danışıqlar zamanı aqressiv davranmayın. Emosiylara qapılaraq sonradan təəssüf hissi yarada biləcək addımlar atmayın. Axşam saatlarında çox yeməyin. |
![]() Çalışdığınız yerdə mövqelərinizi möhkəmləndirməyə çalışın. Rejimə riayət edin, tapşırıqları vaxtında yerinə yetirin. Sevdiyiniz insanla münasibətləri əsla korlamayın. Emosiyalar və qarşılıqlı anlaşma ailədə harmoniya vəd edir. |
![]() Günün ikinci yarısında danışıqlar və müzakirələrdə mövqelərinizdən geri çəkilməyin. Yaxın qohumlarınız sizi dəstəkləyə bilər. Yaşam arealını yaxşılaşdırmaq, rahat ortam yaratmaq üçün əlverişli zamandır. Məişət qayğılarının çözülməsində təfərrüatlara fikir verin. |