Cinsi Xəstəliklər Telefonla təsbit ediləcək- VİDEO

9 Fevral 2015 09:30 (UTC+04:00)

HIV kimi cinsi xəstəliklər üçün test ödənişi etmədən, evinizdə, sadə bir cihaz və ağıllı telefonunuz sayəsində test edə biləcək, nəticəni isə 15 dəqiqədə öyrənə biləcəksiniz.


Movqe.az xəbər verir ki, Bütün dünyanın qorxaraq baxdığı və hələ də düzgün bir müalicəsinin tapılmadığı HİV xəstəliyi və bənzərləri tezliklə xüsusi testlərə ehtiyac qalmadan təsbit olunacaq. Indiyə qədər xəstəliyin irəliləməsinə maneə törədən dərmanlar ilə qorxutmağa davam edən HİV ya da Sifilis kimi daha sadə nümunələr üçün yüzlərlə dollar test pulu ödəməyə ehtiyac qalmayacaq.


Columbia Universitetində reallaşdırılan bir iş sayəsində, yaxın zamanda ağıllı telefon sahibləri bu testləri evlərində edə biləcəklər. Sadəcə 34 dollarlıq bir interfeys və ağıllı telefon vasitəsilə on minlərlə dollarlıq test maşınlarına də gərək qalmayacaq.


Android və ya iPhone telefonlarında çalışan sistem barmağınızda kiçik bir damla qana ehtiyac duyur. Telefona keçirəcəyiniz texniki vasitəyə oturdulan və qanı özündə daşıyan interfeys elektrikə də ehtiyac duymadan, "manual" (əl ilə) olaraq bir düymə ilə işləyir. Enerji üçün isə telefonun səs girişinə kiçik bir əlaqə yaratmaq kifayətdir.


Ruanda da test edilən və indiyə qədər olduqca müvəffəqiyyətli nəticələr verən layihə sayəsində xəstəlik təsbit prosesləri çox daha asanlaşacaq.