İŞİD-də 100 min avropalı döyüşür

9 Fevral 2015 10:24 (UTC+04:00)

Avropa ölkələrindən İŞİD-ə dəstək böyükdür. İŞİD sıralarında döyüşən avropalıların sayı 100 mindir.


Movqe.Az xəbər verir ki, bu barədə İspaniyada dərc olunan "El Pais" qəzeti məlumat yayıb.


Qəzet iddia edir ki, İspaniya cihadçıların Avropadakı ilkin bazasına çevrilib. İspaniya vasitəsi ilə cihadçılar öz ölkələrinin hakimiyyətlərinin xəbəri olmadan Suriya və İraqa gedir, sonra yenidən geri qayıdırlar.


Qəzet bildirir ki, geri dönən İŞİD veteranları Avropanın təhlükəsizliyi üçün təhdidə çevrilirlər.