Jurnalist “vətənə xəyanət”də ittiham olunur

9 Fevral 2015 10:55 (UTC+04:00)

Ukrayna Təhlükəsizlik Şurası jurnalist Ruslan Kotsabanı həbs edib.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, jurnalist "vətənə xəyanətdə" və "casusluqda" ittiham olunur. Bundan əvvəl jurnalist videomüraciət yayaraq Ukrayna vətəndaşlarını səfərbərliyə "yox" deməyə çağırmışdı.


Ukrayna hökuməti ölkənin şərqindəki separatçılarla mübarizə üçün qismən səfərbərlik elan edib. 83 min nəfərə çağırış vərəqəsi göndərilib.