Bakıda daha bir marşrut ləğv olundu

9 Fevral 2015 12:06 (UTC+04:00)

Metronun "Nərimanov" stansiyasından başlayaraq Şamaxı yolu adlanan əraziyə qədər olan xətt üzrə çalışan 27 nömrəli marşrut ləğv edilib.

Movqe.az xəbər verir ki, marşrut xəttinin ləğv edilməsinə səbəb kimi gündəlik qoyulan planın doldurulmaması və sərnişin qıtlığı göstərilir.

Qeyd edək ki, sözügedən marşrut artıq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sistemindən də çıxarılıb.