Bakıda POS-terminalların sayı artırılacaq

9 Fevral 2015 14:11 (UTC+04:00)

Bakı 2015 I Avropa Oyunlarınadək POS-terminalların sayı 95 minə artırılacaq. Movqe.az-ın  məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov "Azərbaycan vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən Vergi Forumu çərçivəsində brifinqdə deyib. Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycanda təqribən 40 min POS-terminal fəaliyyət göstərirdisə, 2014-cü ilin sonuna onların sayı 82 minədək artıb. F. Məmmədov qeyd edib ki, Vergilər Nazirliyi ölkədə POS-terminalların quraşdırılması sahəsində Azərbaycan Mərkəzi Bankı və digər banklarla fəal işləyir: "Məqsədimiz 2015-Avropa Oyunlarınadək onların sayını 95 minə çatdırmaqdır".