Bakıda aptekə soxularaq əczaçını qorxutdu və ...

9 Fevral 2015 15:12 (UTC+04:00)

Apteki talayan şəxsi polis yaxalaya bilib.

Bakıda aptekə hücum edən şəxs tutulub.

Movqe.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Təhlükəsiz Şəhər Xidməti və 18-ci polis bölməsi əməkdaşları tərəfindnə keçirilib.

Keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Röyal Məmmədov tutulub.

Saxlanılan şəxs fevralın 2-də saat 21:30 radələrində Ceyhun Hacıbəyli küçəsində Zəkiyyə İsmayılovaya məxsus aptekə daxil olub, bıçaqla Bakı şəhər sakinləri - Z.İsmayılovanı və orada əczaçı işləyən Almaz Əmirovanı hədələyərək, quldurluq yolu soyğunçuluq edib.

29 yaşlı gənc kassadan 280 manat pulu talamaqda günahlandırılır.

Faktla bağlı araşdırma aparılır.