ABŞ HHQ: UNO gəlmələrin gəmisidir

10 Fevral 2015 09:40 (UTC+04:00)

"Uçan boşqablar"ın öyrənilməsi üzrə amerikalı hərbiçilərin məxfi "Mavi kitab" layihəsi çərçivəsində toplanmış məlumatlara giriş açıq elan edilib.UNO-nun müasir erası 24 iyun 1947-ci ildən- biznesmen və təyyarəçi Kennet Arnold səmada doqquz qəribə obyekt görən vaxtdan hesablanır. Tezlikə hərbiçilər də bunun şahidi olublar- artıq iyulun 8-də bir neçə "boşqab" Kaliforniyada məxfi aviabaza üzərində həyəcana səbəb olub.

ABŞ HHQ-nin Maddi-Texniki İdarəsinin rəisi, general-leytenant Natan Tuayninq bu barədə yazmışdı: "Fenomen illüziya və ya uydurma yox, nəsə real bir şeydir... Obyektlər, ehtimal ki, disk formasındadır və bu cür görünən ölçülər insanlar tərəfindən düzəldilmiş uçan aparatlar kimi böyük təsəvvür edilir. Təsvir edilən xüsusiyyətlər bəzi obyektlərin əllə, avtomatik və ya məsafədən idarə edilmə imkanını həqiqət kimi göstərir".

30 dekabr 1947-ci ildə Tuayninq "atmosferdə milli təhlükəsizlik hesab edilə bilən müşahidə və təzahürlər haqqında bütün informasiyanın" öyrənliməsi üzrə layihə hazırlamağa başlayıb. Nəticədə layihəyə "Mavi kitab" kod adı verilib. Bu isə, UNO-nun ciddi sınağa çevriləcəyinə eyham olub- amerikalı tələbələr imtahanlarda cavablar üçün xüsusi dəftərləri "Mavi kitab" adlandırırlar.

1951-1953-cü illərdə layihə rəhbəri olmuş ABŞ HHQ-nin kapitanı Edvard Ruppelt xatırlayırdı: "UNO ilə vəziyyət ciddi hesab edilib... Rəhbərlik cavab istəyirdi və özü də tez bir vaxtda".

Kennet Arnoldun müşahidəsi 17 nömrə altında "Mavi kitab" arxivinə daxil olub. Buna həsr edilmiş dosye 61 səhifədən ibarətdir. HHQ-nin 4-cü orusundan Frenk Braun şahid haqda bu fikiri söyləyib: "Arnold həqiqətən gördüklərini danışır...".

7 iyul 1947-ci ildə həvəskar fotoqraf Uilyam Rouds (Arizona ştatı) qəribə uğultu eşidib- sanki aşağıdan qırıcı təyyarə uçub. Amma onun əvəzinə səmada mərkəzindən işıq şüası çıxan yastı obyekt görünüb. Obyektə 700 m qalan vaxt fotoaparatını götürə bilən Rouds onun düyməsini basıb. Bu anda UNO əyilərək uzaqlaşmağa başlayıb. Fotoqraf obyekt səssiz şəkildə sürət yığaraq sıx buludlar arxasında itənə kimi daha bir şəkil çəkə bilib. Uilyam şəkilləri yerli The Arizona Republic qəzetinin redaksiyasına aparıb. Tezliklə onlar çap edilib, lakin çevrimiş şəkildə. Kennet Arnold bu şəkilləri görən vaxt əminliklə bildirib ki, o da bu cür obyektlər görüb.

Şəkillər çap edildikdən sonra fotoqrafın yanına FTB (Federal Təhqiqatlar Bürosu) agentinin müşayiəti ilə HHQ-nin polkovnik-leytenantı gəlib.

"Onlar neqativləri götürüb və bildiriblər ki, tezliklə geri qaytaracaqlar. Bir neçə ildən sonra mən FTB-yə zəng etdim və onlar cavab verdilər ki, heç nə bilmirlər"- Uilyam bildirib.

Əslində, ekspertlər şəkilləri tədqiq edərək bu nəticəyə gəliblər: "...qabaqdan yumru və quyruq hissəsi düzbucaqlı formada görünür... şəkillər həqiqidir və emulsiya (foto plyonkası üzərinə çəkilən həssas maddə) və ya linza qüsurunun nəticəsinə bənzəmir".

1948-ci ildə layihənin əməkdaşları bu nəticəyə gəliblər ki, UNO gəlmələrin gəmisidir. "Situasiyanın dəyərləndirilməsi" adlı müvafiq hesabat hazırlayıblar. Amma bu, yadplanetlilərin mövcudluğuna inanmayan rəhbərliyin xoşuna gəlməyib. Demək olar ki, əvvəlki əməkdaşları hamısını qovublar, yeniləri isə göstəriş alıblar: çaxnaşma yaratmayın və UNO-nu tanımayın! Nəticədə 1956-cı ildə "Mavi kitab" tərəfindən rəsmi şəkildə qəbul edilmiş obyektlərin sayı ildə 0,4 faizə qədər azalıb. Hərbiçilər müəmmalı insidentləri "izah etmək" üçün açıq yalan danışmağa başlayıblar.

1959-cu il sentyabrın 24-də səhər tezdən polis Robert Dikerson patrul maşınında Redmond şəhərində gəzərkən ağaclar üzərində asılı qalmış böyük parlaq disk görüb. Bir neçə dəqiqədən sonra Dikerson Redmond hava limanı yaxınlığında yerləşən Federal Aviasiya (FAA) İdarəsinə tərəf istiqamət götürüb. Bu vaxt obyekt sürətlə yana sapıb və yenidən asılı vəziyyətdə qalıb. Onun rəngi ağdan qırmızı-çəhrayıya dəyişib.

FAA əməkdaşları səhər saat 5.10-da UNO-nun görünməsi haqda Sietldəki Hava Nəqliyyatının İdarə edilməsi üzrə Mərkəzinə məlumat verilib və informasiya oradan hərbiçilərə ötürülüb. Saat 5.18-də altı qırıcı təyyarə UNO-nu tutmaq üçün havaya qalxıb. Təyyarələr Redmond üzərindən uçan vaxt insanlar hələ də obyekti izləyirdilər. Təyyarələr ona yaxınlaşan vaxt UNO "alovlu axın" buraxaraq, qeyri-adi sürətlə yuxarıya tərəf hərəkət edib. O, təyyarələrə o qədər yaxın uçub ki, pilotlardan biri kənara sıçramağa məcbur olub.

Təqib alınmayıb- UNO sürətlə ondan uzaqlaşıb, lakin sürətlə hərəkət edərək və kəskin şəkildə manevr edərək iki saat ərzində hava limanın, təyyarələrin və havadanmüdafiə radarlarının ekranında qalıb.

Bununla bağlı "Mavi kitab"ın rəsmi qənaəti belədir: "Ola bilər ki, bu, müşahidə zamanı üfüqdən bir qədər aşağıda olan Venera və Requl ulduzunun əksidir".

Layihə tam olaraq 17 dekabr1969-cu ildə bağlanıb. Təbii ki, UNO-nun tədqiqi öz qaydasında davam edib, lakin HHQ rəsmi şəkildə bildirib ki, onlar bu mövzu ilə daha məşğul olmurlar.

Rəsmi məlumatlara görə, "Mavi kitab" 22 il ərzində 12618 UNO müşahidəsini öyrənib, onlardan 701-i (5,5%) naməlum qalıb. Bunlar yadplanetlilərin gəlməsindən xəbər verə bilərdi. Bununla belə, atmosfer fizikası üzrə mütəxəssis Ceyms Makdonaldın fikrincə, tam sirli müşahidələrin real payı 30-40 faiz təşkil edir.Layihədə sensasiyalı sübutlar yoxdur. Onun iştirakçılarının əsas xidməti hadisələri təfsilatı ilə qeydə almalarından ibarətdir.Toplanmış məlumatlardan indi insanların gördüklərinin müqayisəsində istifadə etmək olar. Yəni əvvəllər ufoloqların ağlına gəlməyənləri ümumiləşdirərək yeni suallar vermək imkanı yaranır.

Bu yaxınlarda isə NASA-nın "Dawn" zondu Mars və Yupiter arasında yerləşən kiçik Serera planetində qəribə işıq mənbəyinin şəklini çəkib.

"Dawn" Yerdən 2007-ci ildə start götürüb, 2011-ci ildə kiçik Vesta planetinin orbitində olub, 2012-ci ildə isə onu tərk edərək Sereraya tərəf istiqamətlənib. Indi ona yaxınlaşaraq ekspertləri təəccübləndirən fotoşəkillər göndərir. Planetin səthində yaxşı görünür, sadəcə olaraq, parıldayır, nəhəng parıltılı ləkədir.

"Güman edirik ki, Sererada güzgü kimi günəş işığını əks etdirən hansısa bir struktur vardır. Ancaq onun nə olduğu müəmmalıdır"- missiyanın baş mühəndisi Mark Reyman bildirib.Işıq mənbəyi kimi də qəbul edilə bilən "əksetdirici" ilk dəfə 2004-cü ildə "Hubble" kosmik teleskopu tərəfindən çəkilmiş fotoşəkillərdə görünsə də, müəyyən edilməyib. Və kim bilir, bəlkə, NASA-nı öz aparatını kəşfiyyata göndərməyə (orada nəyin olduğunu bilmək üçün) bu müəmma vadar edib?

Sirr artıq bu ilin mart ayında- "Dawn" Sereranın orbitinə çıxan və dəqiq şəkilllər göndərən vaxt açıla bilər.