Yunanıstanda içi qızılla dolu sərdabə tapılıb

10 Fevral 2015 09:45 (UTC+04:00)

Arxeoloqlar tərəfindən Yunanıstanın Seres vilayəti yaxınlığında içərisində böyük miqdarda qiymətli cəvahirat, heç bir qarışığı olmadan təbii qızıldan hazırlanmış əskinas və bəzək əşyaları aşkar edilib.

Arxeoloqlar sərdabənin axtarışında Yunanıstan Milli Muzeyindən olan öz həmkarlarının köməyindən istifadə etmək qərarına gəliblər. Buna baxmayaraq, yerli hakim dairələrin sərəncamına əsasən, qazıntı işləri müvəqqəti olaraq dayandırılıb.

Hakim dairələrin nümayəndələrinin sözlərinə görə, arxeoloqların işlərinin nəticələri bir neçə həftədən sonra açıqlanacaq və dünyaya nümayiş etdiriləcək. Vahid qrupdan olan alimlərin böyük təəccübünə rəğmən, sərdabədə onlara qədər kimsə olub.

Burada əvvəllər kiminsə olduğunu təsdiq edən amil isə sərdabədə bəzi konkret qızıl əşyalarının çatışmamasıdır. Başqa sözlə, sərdabədəki xəzinə tam olmayıb.