Fransada yenidən həyəcan: naməlum şəxslər polisə atəş açdı

9 Fevral 2015 17:00 (UTC+04:00)

Bu gün səhər saatlarında Fransanın Marsel şəhərində başlıq geyinmiş naməlum şəxslər polis əməkdaşına atəş açıblar.

Movqe.az-ın məlumatına görə, bu barədə "Trend" RİA Novosti-yə istinadən xəbər verir.

BFMTV telekanalının məlumatına görə, insident bu gün günortadan sonra şəhərə gələcək və çərşənbə axşamına qədər burada qalacaq V respublikanın baş naziri Manuel Valsın səfəri ərəfəsində baş verib.

Hazırda həmin ərazi xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.