Türkmənlər orbitə çıxır

9 Fevral 2015 18:00 (UTC+04:00)

Birinci "TürkmənAləm" peyki bu ilin martında orbitə buraxılacaq.

Türkmənistan bu ilin martına "TürkmənAləm" ("Türkmən kainatı") adlı birinci kosmik əlaqə peykini orbitə çıxaracaq.

Movqe.az-ın anspress-ə istinadənxəbərinə görə, bu barədə hökumətin iclasında baş nazirin müavini, peykin hazırlanması və işə salınması üzrə əlaqələndirici Satlık Satlıkov bildirib.

Prezident Qurbanqulı Berdiməhəmmədov peykin əhəmiyyəti və qiyməti haqqında danışaraq deyib ki, peykinin işə düşməsi ölkədə rabitə, televiziya və başqa sahələrin inkişafını sürətləndirəcək.

Fransanın "Thales Alenia Space" şirkəti tərəfindən tikilən "TürkmənAləm" peyki geostasionar orbitə "Falcon 9" Amerika raket daşıyıcısı tərəfindən çıxarılacaq və Yer kürəsindən 36 min kilometr məsafədə olacaq. Peykin idarə edilməsi Türkmənistanın şimalında yerləşən Axalsk və Daşoğuz vilayətlərindəki İdarə Mərkəzindən həyata keçiriləcək.

Xatırladaq ki, ilk türkmən kosmik əlaqə peykinin 2014-cü ilin noyabrında buraxılması nəzərdə tutulurdu. Lakin keçən ilin noyabrının sonunda Türkmənistan rəsmən peykin 2015-ci ilin birinci yarısına işə salınacağını elan etmişdi.