"Tarix yazmaq istəsək də, alınmadı"

9 Fevral 2015 23:00 (UTC+04:00)

"Biz yaxşı çıxış etdik. Amma penaltilərdə uduzmaq da futbolda var. Rəqibdən daha güclü təsir bağışlasaq da, məğlub olduq. Komanda ilə fəxr edə bilərik".Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu sözləri Qana milli komandasının baş məşqçisi Avraam Qrant deyib. Komandanın kapitanı Asamoah Qyan isə finaldakı məğlubiyyətdən məyusluğunu dilə gətirib.

"Penalti seriyalarını kənardan izləməli oldum. Biz 2:0 üstün idik. Amma Kot-d`İvuar geri dönüş edib qələbə qazandı. Çıxışımızdan narazı deyiləm. Kot-d`İvuar 2006 və 2012-ci illərdə finalı penalti seriyalarında uduzmuşdular. Bu onların 3-cü sınağı oldu. Bizsə tarix yazmaq istəsək də, alınmadı. Kifayət qədər yaxşı gənc futbolçularımız var. Ümid edirik ki, növbəti turnirə daha güclü gələcəyik".