İkiqat Azərbaycan çempionu həbs edildi

9 Fevral 2015 22:30 (UTC+04:00)

Bakıda həvəskar boks üzrə ikiqat Azərbaycan çempionu həbs edilib. Movqe.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən (RPİ) APA TV -yə verilən məlumata görə, 1980-ci il təvəllüdlü Süleyman Eyvazovun üzərindən tiryək aşkarlanıb. Yasamal rayonunda qanunsuz silah gəzdirən şəxs də yaxalanıb. Astara rayon sakini Samir Kazımov qundağı kəsilmiş ov silahı gəzdirdiyinə görə tutulub. Silahı tapdığını deyən Samir Kazımov həyətə düşüb zibili atmaq istədiyi vaxt bağlamanın işində ayağına nəsə dəydiyini bildirib. Açıb baxdıqda, silah olduğunu görüb. Saxlanılan şəxs əvvəllər də xuluqanlıq maddəsi ilə məhkum olunub: "Düşməni olan adamam, üstümdə gəzdirirəm". Hər iki faktla bağlı araşdırmalar davam edir.