Rayonlara qar yağacaq
10 Fevral 2015 10:15 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda
və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi
gözlənilir. Bəzi yerlərdə duman
olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir
güclənəcək. Havanın temperaturunun
gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı
gözlənilir. Atmosfer təzyiqi 755
mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət
gecə və gündüz 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 10-da hava
şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, gündüz əksər rayonlarda
əsasən yağmursuz keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar,
qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb
küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir
güclənəcək. Havanın temperaturunun
gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq
ərazilərdə 6-11 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı
gözlənilir.