Bakıda intihara cəhd

10 Fevral 2015 10:20 (UTC+04:00)

Bakıda intihara cəhdin qarşısı alınıb. Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 01:37-də başa çatıb.