Kafedə atışma

10 Fevral 2015 10:32 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada azərbaycanlılara məxsus restoranda atışma olub. Movqe.az-ın ANS PRESS-in məlumatına görə, insident "Abşeron" restoranında qeydə alınıb. Baş verən hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb.  Paytaxtın şərqində - Parkovaya küçəsi 15 ünvanında yerləşən restoranda atışma gecə saatlarında olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə məlumatlandırıldıqdan dərhal sonra hadisə yerinə yollanıblar. Hüquq mühafizə orqanının əməkdaşı hadisəni belə şərh edib: "Təxminən gecə saat 2 radələrində bir qrup müştəri restoranda dava salıb. Dava böyüyüb və odlu silahlarla atəşlə müşayiət olunub. Nəticədə müştərilərdən biri ölümcül yaralanıb, daha iki yaralı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib".

O, deyib ki, hazırda hadisənin iştirakçıları axtarılır. Restoranda isə istintaq qrupu işləyir. Moskva Cinayət Axtarışı İdarəsi insident faktını təsdiqləsə də, təfərrüatlar açıqlanmayıb.