iPhone 24 yaşlı qızı öldürdü

10 Fevral 2015 10:50 (UTC+04:00)

Elektrikə qoşulu telefon su dolu vannaya düşüb.

Movqe.az xəbər verir ki, Rusiyada 24 yaşlı qız iPhone qurbanı olub.

Yevqeniya Sviridenko hamam otağında mobil telefondan istifadə etmək istəyib.

Qız su ilə dolu vannaya girəndən sonra elektrikə qoşulu olan telefonu götürüb. Lakin "iPhone 4" qəfildən onun əlindən sürüşərək su ilə dolu vannaya düşüb.

Suya keçən elektrik cərayanı 24 yaşlı qızın ölümünə səbəb olub. Gənc qızın meyitini onun otaq yoldaşı aşkarlayıb. Dərhal əcili yardıma xəbər verilsə də, onu xilas etmək mükün olmayıb.

Rus qızın ölümünə onun sosial şəbəkə sevdası səbəb olub. Belə ki, o "V kontakte" şəbəkədəki səhifəsinə son olaraq dünən saat 20:43-də daxil olub. Bundan bir necə dəqiqə sonra isə elektrik cərəyanından ölən qız üçün təcili yardıma zəng edilib.