İndoneziyada 5,1 bal gücündə zəlzələ olub

10 Fevral 2015 11:25 (UTC+04:00)

İndoneziyanın şərqində, Qərbi Papua əyalətinin sahillərinə 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Movqe.az xəbər verir ki, APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Faqfaq şəhərindən 139 km cənub şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.