Silahlılar həbsxanaya hücum etdi

10 Fevral 2015 11:40 (UTC+04:00)

Boko Haram yaraqlıları Nigeriyada həbsxanaya hücum edib.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, Diffa şəhərində gecə saatlarında bir neçə saat davam edən döyüşlərdən sonra Niger ordusu hücumun qarşısını alıb. Neçə nəfərin həlak olduğu, yaralandığı və ya hər hansısa məhbusun qaçmağa müvəffəq olub-olmadığı barədə məlumat verilmir.

Niger parlament qoşunların Nigeriya ərazisinə daxil olaraq Boko Haram qrupuna qarşı regional döyüşlərə qoşulmağa dair səsvermələr keçirəcək.

Çad və Kamerun qüvvələri Nigeriyada minlərlə insanı öldürən və yüzlərlə şəhərə nəzarət edən İslamçı ekstremist qrupla artıq mübarizəyə başlayıb.