Qarabağda savaş ehtimalı

10 Fevral 2015 12:15 (UTC+04:00)

Sabina Freyzer: "təsadüfi müharibə"nin başlanması ehtimalı var.

Dağlıq Qarabağda "təsadüfi müharibə"nin başlanması ehtimalı hər an qalır.

Movqe.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bunu "Jamanak" qəzetinə açıqlamasında Qarabağ üzrə amerikalı ekspert Sabina Freyzer bildirib.

S.Freyzer ermənilərin illər keçdikcə Dağlıq Qarabağ ətrafı ərazini daha çox güzəştə getmək istəmədiklərini deyib.

O, Dağlıq Qarabağ münaqişə həll edilməsi yolunda danışıqların 2011-ci il Kazan danışıqlarından sonra dalana dirəndiyini də deyib.