Sürücülərə xəbərdarlıq: bu yolda hərəkət məhdudlaşdırıldı

10 Fevral 2015 12:45 (UTC+04:00)

Paytaxtın bəzi küçələrində hərəkət məhdudlaşdırılıb.

Movqe.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bildirir ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərinin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan etibarən, Nobel prospektinin Gəncə prospekti ilə kəsişməsindən Ramiz Quliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (şəhər istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.