Kürdəmirdə evlərdən oğurluq edən şəxs həbs olunub

10 Fevral 2015 13:45 (UTC+04:00)

Movqe.az xəbər verir ki, son 4 ay ərzində evlərdən və mağazalardan oğurluq edən Ramal Şirinov Rayon Polis Şöbəsinin əməliyyatçıları tərəfindən saxlanılıb.

İlkin dindirmə zamanı R. Şirinovun şəhərdə Cəlal Mehdiyevə, Rəhilə Qasımovaya , Nadir Mustafayevə və İbrahim Mansurova məxsus mağazalardan oğurluq etdiyi məlum olub. Bundan başqa, saxlanılan şəxs bir neçə evin həyətlərdən ev quşlarını oğurladığını da etiraf edib. Ümumilikdə onunla bağlı 9 oğurluq hadisəsi aşkar edilib.

R. Şirinovun digər cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.