Tanınmış iş adamı “Hilton” oteldə ev aldı - 1,8 milyona

10 Fevral 2015 14:00 (UTC+04:00)

"Hilton Baku" otelində 1,8 milyon manata satışa çıxarılan mənzil alınıb.

Movqe.az xəbər verir ki, mənzilin yeni sahibi tanınmış iş adamıdır. Onun kimliyi isə hələlik açıqlanmır.

Hazırda oteldə daha bir yeni mənzil satışa çıxarılıb. 20 mərtəbəli "Hilton Baku"nun 13-cü mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 220 m2 təşkil edir. 3 otaqlı mənzil 2,5 milyon manata təklif olunur . Mənzilin dəniz mənzərli olduğu bildirilir.

"Hilton Baku" hələlik mənzil təklif edən yeganə paytaxt mehmanxanasıdır. Belə apartamentlər "Flame Tower" otelində var, amma bu binada mənzillər hələ satışa çıxardılmayıb.