Məşhur seriala qadağa qoyuldu

10 Fevral 2015 14:24 (UTC+04:00)

Mahsun Kırmızıgülün filminə Türkiyədə qadağa qoyuldu.

Movqe.az-ın anspress-ə istinadənməlumatına görə, onun sahibi olduğu "Boyut Film" şirkətinin "Eşqin dili yoxdur" (Aşkın Dili Yok) serialı gözləmədiyi problemlə qarşılaşıb.

Kürd-türk sülh prosesindən bəhs edən serialı heç bir telekanal qəbul etməyib. Kanal tapa bilməyən şirkət çəkilişləri saxlamağa məcbur olub.

İndi layihə bədii film formasında hazırlanacaq.

Çəkilişlərə yay aylarında yenidən başlanılacaq. yaradıcı heyətlə bağlı isə heç bir dəyişiklik olmayacaq.

Filmin baş qəhrəmanlarını isə Deniz Çakır, Yiğit Özşener və Murat Ünalmış paylaşacaq. Çəkilişlər Van şəhərində aparılacaq.

Artıq bir dəfə çəkilişlə bağlı Vana səfər edən aktrisa D.Çakır fotolarını sosial şəbəkələrdə paylaşıb.