"İngiltərədə Staricdən güclü hücumçu yoxdur"

10 Fevral 2015 19:00 (UTC+04:00)

"Liverpool"un baş məşqçisi Brendan Rocers "Tottenham Hotspur"un yeni istedadı Harri Keynin İngiltərə millisinə çağrılması fikrinə tərəfdar çıxıb.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Rocers bu yolla Staricin millidəki işinin yüngülləşəcəyini güman edir.

"Əminəm ki, Staric yeni ingilis forvardın yetişməsinə sevinir. Çünki Harri Keyn İngiltərə millisində çıxış edəcək səviyyədə olsa, hansı ki mən buna şübhə etmirəm, Daniel və digər "Liverpool" oyunçularının işi asanlaşacaq. Bu, milli komanda üçün yeni nəfəs deməkdir. Amma, fikrimcə, İngiltərə millisində Daniel Staricdən yaxşı hücumçu yoxdur. Sabit oynayanda Daniel qarşısıalınmazdır. Qol duyumu, gücü, tempinə görə onu İngiltərədə qabaqlayan hücumçu yoxdur".