Prezident yeni dövlət qurumu yaratdı – Sərəncam

10 Fevral 2015 14:19 (UTC+04:00)
Prezidet İlham Əliyevin sərəncamı ilə "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.  Movqe.az xəbər verir ki, sərəncamda bildirilir ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Azərbaycan Respublikasının ərazisində "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görsün. Prezientin digər sərəncamı ilə "Bakıelektrikşəbəkə"nin rəhbəri Balababa Hüseynağa oğlu Rzayev "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.