“Elektron hökumət” portalında tibbi müayinə kartını sifariş etmək mümkündür
10 Fevral 2015 15:39 (UTC+04:00)
Vətəndaşlar "Elektron hökumət" portalı üzərindən tibbi müayinə
kartını onlayn sifariş edə bilərlər. Movqe.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin
"Tibbi müayinə kartının onlayn sifarişi" xidməti portala
inteqrasiya edilib. Sözügedən xidmət müxtəlif sahələrdə çalışan və
işə qəbul edilərkən və ya sonradan dövri tibbi müayinədən
keçməsi tələb olunan vətəndaşlar tərəfindən, onların tibbi
müayinədən keçmələri barədə məlumatı özündə saxlayan tibbi müayinə
kartlarının onlayn sifarişini və bu sifariş əsasında tibbi müayinə
kartlarının əldə edilməsini əhatə edir.