Neytrino tədqiqatçısının gizli taleyi

11 Fevral 2015 09:55 (UTC+04:00)

Italiyalı Ettore Mayorana da nisbilik nəzəriyyəsinin müəllifi Albert Eynşteyn kimi məşhur ola bilərdi. Amma parlamaqda olan alimi tam başqa cür tale gözləyirdi. Bir dəfə o, yoxa çıxdı. Onun taleyi barədə indiyi kimi heç nə məlum deyildir. Bu barədə yalnız versiyalar mövcuddur...

Ettore Mayorananın uşaqlığı

Ettore 1906-cı ildə Siciliyadakı Kataniya şəhərində doğulub. Dörd yaşı olanda onda fenomenal riyazi qabiliyyət aşkar edilib: uşaq ən çətin məsələləri həll edə bilirdi, bu işdə bir çox yaşlı riyaziyyatçılardan üstün idi. Valideynləri onu Romadakı yezuit məktəbinə göndədilər. Ettore bu məktəbi bitirərək liseyə, on yeddi yaşında isə Roma Unversitetinə daxil oldu, oranı başa çatdırdıqdan sonra isə Enriko Ferminin rəhbərlik etdiyi nəzəri fizika kafedrasında işləməyə başladı.

Mayorananı artıq gənc yaşlarında "riyaziyyat və fizika dahisi" adlandırırdılar. Fermi onu özünün ən yaxşı tələbələrindən biri hesab edirdi və böyük ümidlər bəsləyirdi. Nəzəri fizika kafedrasında işləyən zaman Mayorana mühüm kəşflərə yol açan çoxlu elmi ideyalar təklif etmişdi. Bunlardan biri atom nüvəsini saxlayan gücün təbiəti haqqında nəzəriyyə olub.

Neytrinonun nəzəri modeli və neytrinonun mövcud olması imkanı

Tədqiqatçı neytrinonun nəzəri modelini hazırlamaqdan başqa, XX əsrin sonunda əsasını supercazibə nəzəriyyəsi təşkil edən riyazi obyektləri (Mayorana spinorları) kəşf edib və nəhayət, neytrinonun mövcudluq imkanından ilk dəfə söhbət açıb.

Adama elə gəlirdi ki, Ettoreni parlaq elmi gələcək gözləyir. Amma 1933-cü ildə o, qastritlə xəstələndi və bu, Mayorananın əsəb sisteminə təsir etdi: o, çox əsəbi olmuşdu, həmkarları ilə söhbət zamanı tez-tez qışqırmağa başlayırdı... Tezliklə aydın oldu ki, bu, psixi pozuntudur. Mayorana Neapol Universitetində işə getməyi dayandırdı, demək olar ki, bütün vaxtını evdə tənha keçirirdi.

1937-ci ildə sanki səhhətində yaxşılaşma başladı. Mayorana müəllimlik işinə qayıtdı, elmi məqalə dərc etdirdi... Amma sonra o, qəribə hərəkət etdi- öz pullarının hamısını Neapoldakı hesabına köçürdü və 1938-ci il martın 25-də Palermoya gedən gəmiyə bilet aldı. Amma gəmi Sicilyaya gələn vaxt alim göyərtədə yox idi.

Ettore Mayorananın taleyi: intihar və ya qaçış

Neapol mehmanxanasında yaşadığı nömrədə Mayorananın öz doğmalarına ünvanladığı məktub tapılıb. Orada deyilirdi: "Mənim yalnız bir istəyim var- mənə görə qara geyməsinlər. Əgər qəbul edilmiş adətlərə əməl etmək istəyirsinizsə, istənilən başqa matəm ayinini yerinə yetirin, lakin bu, üç gündən artıq olmasın. Bundan sonra mənim haqqımda xatirələri öz qəlbinizdə saxlaya bilərsiniz və əgər siz buna qadir deyisinizsə, məni bağışlayın".

Hamı qərara gəlib ki, Ettore intihar edib. Məlum olub ki, bundan bir qədər əvvəl onu kilsədə görüblər. Xidmətçi xatırlayıb ki, o, özünü qəribə aparıb.

Qohumları, dostları və iş yoldaşları onun intiharına öyrəşməmiş ondan teleqram alıblar və Ettore əvvəlki məktubuna fikir verməməyi xahiş edib. Müəyyən müddətdən sonra daha bir məktub gəlib: "Dəniz məni qəbul etmədi. Sabah qayıdıram. Bununla belə, dərs deməyi dayandıracağam. Əgər təfərrüatlar sizə maraqlıdırsa, mən sizin xidmətinizdəyəm". Amma o qayıtmayıb...

Polis araşdırma aparıb. Artıq alimin itməsi məlum olandan sonra Mayorananı gördüklərini təsdiq edən insanlar da tapılıb.

Ettorenin itməsi barədə informasiya yayıldıqdan və şəkilləri mətbuatda dərc edildikdən sonra Neapol monastırlarından birinin başçısından xəbər gəlib. O danışırdı ki, şəkildəkinə oxşayan adam monastırda sığınacaq xahiş etsə də, imtina cavabı alıb.

Tezliklə məlum olub ki, Ettoreyə bənzəyən naməlum kişi sığınacaq üçün daha bir monastıra müraciət etsə də, orada da imtina cavabı alıb.

Yalnız 1950-ci ildə bununla bağlı yeni məlumat yayılıb. Çilili fizik Karlos Rivera Argentinada yaşayan yaşlı bir qadından eşidib ki, onun oğlu Mayorana familiyalı bir adamla tanış olub. Buna baxmayaraq, qadın əlavə heç bir məlumat verə bilməyib. Başqa bir dəfə- artıq on il sonra Rivera Mayorana haqqında Argentina restoranında bir ofisiantdan da eşidib. Ofisiant bilirib ki, o, İtaliyada böyük fizik olub və bəzən bu restorana gəlir. Amma yaşlı qadın kimi o da bundan artıq heç bir məlumat verə bilməyib.

Ötən əsr 70-ci illərin sonunda fizika professoru Erazmo Resami və Ettorenin bacısı Mariya yenidən itmiş alimin izlərini axtarmağa cəhd ediblər. Onllar Qvatemala yazıçısı Migel A.Asturiasın dul arvadı ilə görüşüblər. Qadın bildirib ki, 60-cı illərdə Mayorana ilə Argentinada onun dostluq etdiyi Eleonora və Lilo Mansoni bacılarının evində tanış olub. Amma sonra qadın dediyi sözlərdən tam imtina edib və bildirib ki, Mayorana haqqında yalnız eşidib. Mansoni bacıları isə, fiziklə tanış olduqlarını tam təkzib ediblər.

Italiyalı yazıçı Leonardo Şaşa özünün "Mayorananın itməsi" kitabında belə bir fərziyyə irəli sürür ki, alim İtaliyadan ona görə qaçıb ki, bəşəriyyət üçün məhvedici hesab etdiyi nüvə silahının hazırlanmasında iştirak etmək istəməyib. Həmçinin xatırlayaq ki, bu, Mussolini rejimi illərində olub. Və bunun tam real olduğu həqiqətəuyğundur.