Bakının bu rayonlarında qaz olmayacaq

11 Fevral 2015 10:05 (UTC+04:00)

Bu gün Bakının bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.  "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, qaz sızmasının ləğvi və yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Səbail, Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.