Günün havası
11 Fevral 2015 10:15 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin
məlumat görə, bu gün Bakıda və Abşeron yarımadasında buludlu
hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz
keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Səhər zəif duman olacaq. Gündüz
mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4,
gündüz 6-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm
civə sütunu, nisbi rütubət gecə və axşam 80-90, gündüz 60-65 faiz
təşkil edəcək. Azərbaycanın
rayonlarında fevralın 11-də hava şəraitinin əsasən yağmursuz
keçəcəyi, gündüz qərb rayonlarından başlayaraq arabir yağıntılı
olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı
gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb
küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-4, gündüz
7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 10-15
dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı
gözlənilir. Tibbi-meteoroloji
proqnoz: Fevralın 11-13-də Abşeron
yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və
mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas
insanlar üçün əsasən əlverişlidir.