Ukraynada Atəşkəs Qərarı

11 Fevral 2015 13:40 (UTC+04:00)

Almaniya, Fransa, Rusiya və Ukrayna liderlərinin görüşməsindən əvvəl Minskdə Ukrayna üçün bir araya gələn təmas qrupu atəşkəs qərarında razılığa gəliblər.


Movqe.az xəbər verir ki, Ukrayna, Rusiya, Fransa və Almaniya liderləri çərşənbə günü Belarusun paytaxtı Minskdə atəşkəsi müzakirə etməyə hazırlanarkən; Rusiya, Ukrayna və ATƏT-in üçlü təmas qrupu ilə Rusiya tərəfdarı separatçıların nümayəndələri atəşkəsdə razılığa gəlib.


Rus rəsmi xəbər agentliyi "TASS "a görə; Ukrayna, Rusiya, ATƏT-in üçlü təmas qrupunun Rusiya yanlısı separatçılarla Minskdəki görüşündən, qarşıdurmaların artdığı Şərqi Ukrayna üçün bir izləmə mexanizmi yaradılması və ağır silahların buradan çəkilməsi qərarı çıxıb.


"TASS "a görə, adını açıqlamayan bir qaynaq Ukraynanın şərqindəki iki üsyançı bölgənin statusu və yerli seçkilərin hələ də mübahisəyə səbəb olduğunu söyləyib.


Minskdən atəşkəs xəbərinin gəldiyi saatlarda, ABŞ prezidenti Barak Obamanın Rusiya Dövlət Başçısı Vladimir Putinlə, Ukrayna ilə əlaqədar apardığı danışığın detalları Ağ Saray tərəfindən açıqlanıb. Buna məlumata görə Obama, Putinə; Ukraynaya əsgər və silah göndərilməsi ilə üsyançılara iqtisadi yardım kimi təcavüzkar mövqeyini davam etdirməsi halında Rusiyanın ödəyəcəyi əvəzin artacağı xəbərdarlığını edib.


Minskdəki təmas qrupu iclasından atəşkəs qərarının çıxması çərşənbə günü keçirilməsi planlaşdırılan Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin görüşməsi də təhlükəyə girməmiş oldu. Liderlər, Ukrayna böhranına sülh yolu ilə bir həll tapmaq üçün bir araya gələcək.


Son Minsk görüşü, 31 Yanvarda keçirilmiş, ancaq razılaşa bilməyən tərəflər müvəffəqiyyətsizlik səbəbiylə bir-birini günahlandırmışdılar.