Ceyda Düvenci ilə Bülent Şakrak evlənir-FOTO

11 Fevral 2015 14:40 (UTC+04:00)

Bir müddət eyni serialda rol alan Ceyda Düvenci və Bülent Şakrak, ənənəvi kamera arxası eşqlərinə bir yenisini əlavə ediblər. Kamera arxasındakı dostluqlarını sevgiyə çevirən Düvenci ilə Şakrak, əlaqələrini rəsmiləşdirməyə hazırlaşırlar.

Movqe.az xəbər verir ki, Eşqlərini gizli yaşamağı seçən Ceyda Düvenci ilə Bülent Şakrak, evlilik qərarı alıb. Aprel ayında ailə arasında nişanlanacaq olan ikili, 11 İyulda da dünya evinə girəcək.

Sadəcə yaxın yoldaşlarına bu sürpriz qərarlarını deyən məşhur cütlük, daha əvvəl başlarından bir evlilik keçdiyi üçün sadə bir nigah mərasimi ilə evlənmə qərarı alıb.

Bülent Şakrak, İyun ayının son həftəsi yeni başlayacağı serialın çəkilişlərinin bitməsiylə evlilik hazırlıqlarıyla şəxsən maraqlanacaq. Daha əvvəl iş adamı Engin Akgün ilə evlənən Ceyda Düvencinin bu evliliyindən Melisa adında bir qızı var. Bülent Şakrak isə 4 il evli qaldığı Özge Borakla 2010-cu ildə boşanmışdılar.