Saxta pul kəsənlər yaxalandı

11 Fevral 2015 15:15 (UTC+04:00)

Bakıda üzərində saxta pul gəzdirən Balakən sakinləri saxlanılıb.

Movqe.az xəbər verir ki, Bakı Şəhər BPİ-dən "Qafqazinfo"ya verilən məlumata görə, 1997-ci il təvəllüdlü Elmin Qasımovdan, 1983-cü il təvəllüdlü Urfan Hacıyevdən, 1994-cü il təvəllüdlü Ceyhun Osmanovdan və 1987-ci il təvəllüdlü Ruslan Xəmmədovdan 22 ədəd 20, 6 ədəd 5 və 1 ədəd 1 manatlıq saxta əskinas aşkar olunaraq götürülüb.

Onların kirayə yaşadıqları evə baxış zamanı 18 ədəd 20 və 18 ədəd 1 manatlıq saxta əskinas və çap dəzgahı aşkarlanıb.