Apple bunu da etdi

11 Fevral 2015 15:40 (UTC+04:00)

Texnologiya nəhəngi Apple, bazar dəyəri 700 milyard dolları aşan tarixin ilk şirkəti olub.

Movqe.az xəbər verir ki, ABŞ bazarlarında şirkətin səhmləri çərşənbə axşamı bağlanışında 122 dollara çıxdığına görə, bazar dəyəri də 711 milyard dollara yüksəlib.

Şirkətin bazar dəyəri daha əvvəl də seans içində 700 milyard dolları aşsa da, bazar bağlanışında geri çəkilmişdi.

Apple hissələrindəki artım, balans hesabatı məlumatlarının açıqlanmasının ardından sürət qazanıb. Şirkət, yarım dövrdə 74.6 milyard dollarlıq gəlir üzərindən 18 milyard dollarlıq gəlir açıqlamışdı.

Analitiklərə görə, bu məlumatlar üç aylıq dövr üçün əldə edilən ən yüksək gəliri təmsil edib.

Şirkətlərin bazar dəyərləri, şirkət hisslərinin birjadakı son əməliyyat qiyməti ilə bazarda dövriyyədə olan səhmlərin sayının vurulması ilə hesablanır.