Apple tarixdə ən bahalı şirkət elan edilib

12 Fevral 2015 09:15 (UTC+04:00)

Amerikanın elektronika istehsalçısı Apple şirkətinin dəyəri 700 milyard dolları keçib.Fevralın 10-da keçirilmiş hərracın nəticələrinə görə, smartfon istehsalçısı olan şirkətin səhmlərinin dəyəri 2,29 dollar qalxıb ki, bu da 1,9 % təşkil edir. Bunun sayəsində şirkətin ümumi kapitallaşması rekord həddə çatıb.

Nyu-Yorkda hərrac bağlanan zaman şirkətin dəyəri 710,735 milyard dollar qiymıtləndirilib və o, tarixdə dəyəri 700 milyard dolları keçən ilk şirkət olub.2014-cü il ərzində Apple öz kapitalını 58% artırıb, cari ilin yanvarında isə üç ay ərzində 18 milyard dollar qazanaraq, rüblük gəlirlər üzrə tarixi rekordu təzələyib.