Həmsədrlər Finlandiyada - Dağlıq Qarabağla bağlı müzakirə olacaq

11 Fevral 2015 16:39 (UTC+04:00)

ATƏT-in Minsk qrupu həmsədrləri bu gün Finlandiyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacaqlar.

Movqe.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.


"Finlandiya ATƏT-in Minsk qrupu üzvüdür və biz müzakirələr üçün üçün Helsinkiyə gedirik. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılacaq", - deyə o vurğulayıb.